İranda paytaxt Tehran yaxınlığında baş verən zəlzələ nəticəsində iki nəfər ölüb, 117 nəfər yaralanıb.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, bundan əvvəl bir hamilə qadının öldüyü və 97 nəfərin yaralandığı deyilirdi.

Hazırda zəlzələnin dağıtdığı evlərdə xilasetmə işləri aparılır.

Qeyd edək ki, zəlzələ 5,2 bal gücündə baş verib. Yeraltı təkanlar İranın 6 əyalətində hiss edilib.