La Liqanın 2017/18 mövsümündəki ikinci "El-Klasikonun vaxtı açıqlanıb. 

Unikal.org-un "sport.esə istinadən məlumatına görə, qarşılaşma XXXVI tur çərçivəsində baş tutacaq.

Barselonada "Nou Kamp arenasından oynanılacaq görüş 2018-ci il, may ayının 6-da keçiriləcək. Matç yerli vaxtla saat 20:45, Bakı vaxtı ilə isə 22:45-də start götürəcək.

İki komanda arasındakı mövsümün ilk matçı Madriddə olmuş, "Barselona 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, La Liqada geridə qalan 17 turdan sonra kataloniyalılar 45 xalla zirvədə, "Real isə bir oyun əskik keçirməklə 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb