Samux rayonunda məktəb mühafizəçisi iş yerində ölü tapılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Çobanabdallı kənd orta məktəbində mühafizəçi işləyən, 1947-ci il təvəllüdlü Kərəm Rəsul oğlu Əhmədov iş yerində ölü tapılıb.
Araşdırma zamanı üzərində heç bir zorakılıq əlaməti olmadığı və ürək çatışmazlığından öldüyü ehtimal edilir. Digər məlumata görə, K.Əhmədovun həyat yoldaşı da bir neçə il əvvəl ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.