Bakıda London taksisi Azadlıq prospekti və Neftçilər prospektinin kəsişməsində yerləşən "Park İnn otelinə çırpılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.