İmişli rayonunda avtomobil azyaşlını vurub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, "Mercedes markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.