Bu gün axşam saatlarında Bakı metrosunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, sərnişin özünü qatarın altına ataraq canına qəsd edib.Hadisə sərnişin qatarı "Ulduz" stansiyasına daxil olarkən baş verib. Bu səbəbdən qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Bildirib ki, hadisə saat 22:10-da baş verib. İntihar edən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.
Onun meyiti hüquq-mühafizə orqanlarına təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.