Ağdaş rayonunda evin damından yerə yıxılan ahıl kişi ağır xəsarət alıb.

Unikl.org "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Mirzəyev Şəmsi Nəsib oğlu rayonun mərkəzində yerləşən evinin damına çıxaraq təmir işi görürmüş.

Bu zaman o, ehtiyyatsızlıq edərək ikimərtəbəli evin damından yerə yıxılıb. Kişi ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.