Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahanla bağlı bəzi detallar məlum olub.

Unikal.org xəbər verir ki, gənc şair Lerik rayonda anadan olub. O, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.

Gənc şair Məlik Cahan intihar etməmişdən bir neçə dəqiqə əvvəl Facebook səhifəsində şeir paylaşıb.

Şair yazdığı şeirində ölümün bir başlanğıc olduğunu bildirib. Gənc şair intihar edəcəyi saatı əvvəlcədən facbook -da qeyd edib. "52 saat 2 dəqiqə"

Məlik Cahanın son şeiri təqdim edirik:

Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.

Bundan sonra bayramlar
il dönümü olacaq,
xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.

Öyrəşir... Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də, sözünü də.
Sonra-¦
Bir gün sənin özünü də
unudur...
Hamı unudur...

Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...