"Neftçinin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirmək qərarına gəlib.
Unikal.org xəbər verir ki, o, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu "Levadiyanın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.
Xatırladaq ki, Voskoboynikov 2009/10 mövsümündə "Neftçinin şərəfini qoruyub. O, "ağ-qaraların heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, "Eupen, "Brussels, "Torpedo (Moskva), "Ximki, "Dinamo (Tiflis), "Luç Energiya kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya "İnfoneti olub.
2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub.