Azərbaycan Alpinizim Federasiyası fəaliyyətini dayandırıb. Amma aidiyyatı qurumlar nədənsə bu barədə rəsmi məlumat vermək fikrində olmayıb.
Bu barədə Unikal.org-a Alpinizim federasiyasında icraçı direktor vəzifəsində çalışmış Rafiq Həsənov məlumat verib. Onun sözlərinə görə federasiya 2 ildir ki, fəaliyyət göstərmir.
"Mən federasiyada işləmirəm, çünki qurum 2 ildir ki, fəaliyyətini dayandırıb. Rəsmi olaraq adı qalsa da, faktiki olaraq federasiya fəaliyyət göstərmir.
Aldığımız məlumata görə, hazırda federasiyada heç kim yoxdur. Qurumun binası da başqa quruma təhvil verilib.
Bildirək ki, ötən ilin əvvələrində alpinizimlə bağlı bir klub rəsmi olaraq fəaliyyət göstərə bilmək üçün Alpinizim federasiyasından qeydiyyatdan keçib.
Aygün İlqarqızı