"Kəpəzin "Sabahla yanvarın 15-də keçirilməli olan yoxlama oyununun ADBTİA stadionunun ot örtüyündə yaranmış problemlə bağlı ləğv olunması barədə məlumat vermişdik. Gəncə klubu birinci divizion təmsilçisi ilə qarşılaşmaq üçün başqa stadion tapmadığından, görüş ləğv olunmuşdu.

Unikal.org xəbər verir ki, "Sabah "Kəpəzin yerinə rəqib tapıb.

Belə ki, klubdan edilən açıqlamaya görə, komanda yanvarın 16-da birinci divizionun digər təmsilçisi "Binə ilə üz-üzə gələcək. Görüş saat 13:00-da, Binə qəsəbə stadionunda keçiriləcək.