"Azərbaycan Hava Yolları QSC (AZAL) fevral ayı ərzində Avropanın bir sıra şəhərlərinə - Berlin, Paris və Milana birbaşa aviareyslərin həyata keçirilməməsinin səbəbini açıqlayıb.
Unikal.org-un məlumatına görə, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "APA-Economicsin sorğusuna cavab olaraq bildirib ki, Avropa istiqamətində uçuşlar təxirə salınmayıb.
"Sadəcə, əvvəlki illərdə olduğu kimi, qış qrafikinə uyğun olaraq bir neçə istiqamətdə uçuşlar planlaşdırılmayıb. Hava nəqliyyatı sahəsində fevral ayı ən passiv dövr hesab edilir və bu dövrdə bir çox hava yolları şirkəti müəyyən istiqamətlərə uçuşlarını yerinə yetirmir, - deyə P.Kəsəmənski vurğulayıb.
Qurum rəsmisi onu da əlavə edib ki, öncədən fevral ayı üçün planlaşdırılmadığından gələn ay üçün bilet alan sərnişin olmayıb.
Qeyd edək ki, bəzi KİV-də AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə, Berlinə, Parisə, Milana fevralda birbaşa reyslərin planlaşdırılmadığı barədə məlumatlar yayılıb.