Daxili işlər nazirinin müavini Oruc Zalov və nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov Bayıldakı sürüşmə ərazisinə baş çəkiblər.

Unikal.org-un xəbərinə görə, onlar yerli sakinlərlə görüşüb, sürüşmə nəticəsində qəzalı vəziyyətdə olan mənzillərə baxış keçiriblər.

DİN rəhbərliyi vətəndaşların mənzillərinin mühafizəsi üçün ərazidə olan Çevik Polis Alayının əməkdaşlarına lazımi tapşırıqlar veriblər.