Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev Unikal.org-a açıqlamasında bildirib ki, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil: 

"Bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir".