Böyük Britaniyada Babraham Universitetinin alimləri insan beynində və bağırsaqlarında qida traktının bakteriyaları tərəfindən ayrılan çoxlu sayda maddələr aşkar edib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bu maddələr orqanizmdə DNT-nin akitivliyini tənzimləyir və kolorektal (düz və yoğun bağırsaqlarda) xərçəngin qarşısını alır.

Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, bakteriyaların ayırdığı maddələr sağlam insanın yoğun bağırsağında yer alır və DNT-nin asetilləşməsinə xidmət edir. Bu amil kolorektal xərçəngin inkişafının qarşısını alır.

Qeyd edək ki, hər il kolorektal xərçəngdən dünyada 800 minə yaxın adam ölür. Bu xəstəliyin profilaktikası üçün əsas vasitələrdən biri çox miqdarda meyvə və tərəvəz qəbul edilməsidir. Xüsusən gündəlik qida rasionuna lifli məhsullar daxil etməyiniz məsləhətdir.