Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ötən gecə Bakı-Qazax magistralının 163-cü kilometrliyində - Kürdəmir rayonunda "Mercedes" markalı minik avtomobili yolu keçməyə çalışan 45 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.