Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Valeh Qərib oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə "Mersedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və onun sərnişinləri - arvadı 1968-ci il təvlllüdlü Hicran Əvəz qızı Əliyeva, bacısı 1958-ci il təvəllüdlü Xanımzər Qərib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyətlərinin orta-ağır olduğu bildirlib. "Mersedes" markalı avtomobildə xəsarət alan olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.