Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, şəhərin Samux küçəsi ilə hərəkətdə olan "VAZ-21099 markalı maşın "VAZ-21010 ilə toqquşub.

Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim yardımından imtina edib. Digər yaralı - "VAZ-21010nun 1960-cı il təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya yerləşdirilib.