Gəncə sakini dəm qazından zəhərlənib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Həmin ərazidə olan evlərdən birində yaşayan şəhər sakini 1976-cı il təvəllüdlü Cəmilə Babayeva evin hamamında olarkən dəm qazından zəhərlənib və o dərhal xəstəxanaya çatdırılıb.


Vəziyyətinin kafi olduğu bildirilir.