Abşeronda baş vermiş yol nəqliyyat hadisəsində 16 yaşlı qız xəsarət alıb.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Saray qəsəbə sakini Bəyaz İlham qızı Tarverdiyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, məktəblinin vəziyyəti hazırda qənaətbəxşdir.

Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.