Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən bildirir ki, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində keçinib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.