Sumqayıtda 4 yaşlı uşaq qaynar sudan yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda da baş verib.

Belə ki, Sumqayıt şəhər 6-cı mkr., ev 32, mənzil 57-də yaşayan 2014-cü il təvəllüdlü Xədicə Anar qızı Abbasovanın ehtiyatsızlıqdan üstünə qaynar su dağılıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata görə, 4 yaşlı uşağın vəziyyəti hazırda qənaətbəxşdir.