Gəncədə ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəşəm Bədəlov həmin qəsəbədə yaşayan qızının evində eyvana çıxan zaman ehtiyatsızlıq nəticəsində 5-ci mərtəbədən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.