Türkiyə Silahlı Qüvvələrindən (TSQ) və Azad Suriya Ordusunun (ASO) "Zeytun budağı əməliyyatı çərçivəsində Afrin şəhəri mühasirəyə alınıb.

Unikal.org TSQ-ya istinadən xəbər verir ki, "Zeytun budağı əməliyyatının 53-cü günündə Afrin şəhəri mühasirəyə alınıb.

Hazırda Türkiyə Silahlı Qüvvələri şəhər əhalisinin boşaldılması istiqamətində iş aparır və bunun üçün koridor açmağa çalışır. Amma buna baxmayaraq, şəhəri işğal edən PKK/KCK/PYD-YPG-li və İŞİD-çilər dinc əhalinin buradan çıxmasına maneə olur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrindən (TSQ) Afrində davam edən "Zeytun budağı əməliyyatının 53-cü günündə zərərsizləşdirilən terrorçuların sayını da açıqlayıb. Xəbərdə bildirilir ki, indiyənədək 3393 PKK/KCK/PYD-YPG-li və İŞİD-çi məhv edilib.