Təşkilat rəhbəri olaraq nəinki futbolu, bütün idman yarışlarını izləyirik. "Neftçi" son zamanlar yüksəlişdədi. Komandaya yeni rəhbər də təyin edilib. Futbolda tanınmış adamlardan biri olan Kamran Quliyev klubun preizdentidi, Tərlan Əhmədov baş məşqçidi. Bizim dönəmimizdə Tərlan köməkçi məşqçi idi. İnanıram ki, "Neftçi" uğurlu çıxış edəcək. Mən əvvəllər demişdim ki, komandaya zaman lazımdı. Artıq həmin vaxtdı. "Neftçi" Avropa Liqasına düşmək üçün çalışacaq və öz sözünü deyəcək".
Unikal.org xəbər verir ki, bu sözləri "Neftçinin sabiq prezidenti, hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olan Sadıq Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Sadıqov "Neftçi"nin hazırki prezidenti Kamran Quliyevə heç bir məsləhət vermək niyyətində olmadığını deyib:
"Kamran Quliyevə heç bir məsləhət verə bilmərəm. Kamran bəy ola bilsin ki, öz işini məndən də yaxşı bilir. Bu gün hansısa klub rəhbərinə məsləhət vermək düzgün deyil. Biz ona ancaq uğurlar arzu edirik. "Neftçi"ni yenidən avrokuboklarda görmək və uğurlu çıxış etməsini istəyirik. Arzum odu ki, komanda bir daha Avropa Liqasının qrup mərhələsində oynasın".
O, "Neftçi"də çalışdığı dönəm komandanın baş məşqçisi olan və hazırda xəstəlik səbəbindən müalicə alan Böyükağa Hacıyevlə bağlı də danışıb:
"Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Vəziyyəti bu gün üçün ağırdı. Ona şəfa diləyirik. Ailəsi ilə əlaqə saxlayırıq. İnşallah, yaxşı olar".