"Barselonanın futbolçusu Osman Dembele özünün zəif və güclü tərəfləri barədə
danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,
Dembele özünü "Ferrari ilə müqayisə edib. O, "Barselonada qalmaq üçün ən
yaxşı futbolçu olmağın da vacib olduğunu vurğulayıb:
"Çox mürəkkəb olsa da, özümü
"Ferrari ilə müqayisə edəcəm. Ancaq
hələ yeni yığılan "Ferrari ilə. Ümid edirəm ki, o səviyyəyə çatacam.
Mən yaxşı futbolçuyam, amma böyük futbolçu olmaq
istəyirəm. Çünki bilirəm ki, "Barsada oynamaq üçün təkcə yaxşı futbolçu olmaq
kifayət deyil, böyük futbolçu olmaq lazımdı.
Mən çox tez-tez top itirirəm. Sən topu itirirsənsə,
yüksək səviyyəli oyunlarda bunu bağışlamırlar. Çalışıram ki, bu
çatışmazlığı aradan qaldırım. Özü də tezliklə.