Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Unikal.org-un saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.
 
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə klubların rəqibləri "kor püşklə müəyyənləşib. Püşk İngiltərə klubları "Liverpulla "Mançester Sitini üz-üzə qoyub.
 
Mərhələ İspaniya - İtaliya duelləri ilə əlamətdar olacaq. "Barselona "Roma, "Real "Yuventusla görüşəcək. Digər cütdə isə "Bavariya "Sevilyanı sınağa çəkəcək.
 
Çempionlar Liqası
1/4 final
"Barselona (İspaniya) - "Roma (İtaliya)
"Sevilya (İspaniya) - "Bavariya (Almaniya)
"Yuventus (İtaliya) - "Real (İspaniya)
"Liverpul (İngiltərə) - "Mançester Siti (İngiltərə)
 
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.