"Mançester Yunaytedin futbolçusu Aleksis Sançes karyerasını bitirmək istədiyi komandanı açıqlayıb.
Unikal.org xəbər verir ki, çilili hücumçu İngiltərə mətbuatına açıqlamasında futbolçu karyerasını vətənində bitirmək istədiyini deyib. O, karyerasına "Universidad Çili komandasında yekun vurmağı arzuladığını bildirib:
"Çiliyə qayıdaraq, bütün ailəmin arzusunu gerçəkləşdirəcəm. Atam "Universidad Çili azarkeşi idi və ailəm karyeramı bu komandada bitirməyimi arzulayır. "Kolo Koloda da oynamışam və bu komanda ilə bir neçə uğura imza atmışam. Ancaq atamın xəyalını gerçəkləşdirmək üçün "Universidad Çilidə oynamaq istəyirəm.
29 yaşlı futbolçu bu ilin yanvar ayında "Arsenalı "Mançester Yunaytedə dəyişib. O, cari mövsümdə şans qazandığı 32 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.