Xəbər verdiyimiz kimi Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.

Əməliyyat olunan 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizovanın futbolçu olması, millimizin və "Gənclik klubunun üzvü olduğu bildirilib.



Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Unikal.org-a danışan qurum rəsmisi onun cəmi bir dəfə milliyə çağırıldığını deyib:

"1 dəfə 1 həftəlik təlim-məşq toplanışında olub. Səhv etmirəmsə fevral ayı idi. Rəsmi turnir və oyunlarda iştirak etməyib.

Hazırda yığma komanda Ukraynada toplanışdadır, həmin toplanışa dəvət olunmanışdı.

Aygün İlqarqızı