Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi baş tutacaq.
Unikal.org xəbər verir ki, gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək.
Azərbaycanı 3 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov və Bəxtiyar Arzumanov təmsil edəcək. Döyüşlər xüsusi quraşdırılacaq 4 min nəfərlik tribuna qarşısında baş tutacaq.
Məlumatda bildirilir ki, biletlərin aprelin əvvəlində satışa çıxarılması gözlənilir.
Bildirək ki, "Akhmat" klubu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovundur. Onun bu yarışı izləməyə gəlib gəlməməsi isə sual altındadır.