Türkiyə Super Liqasının 26-cı turunda səfərdə "Fənərbaxça ilə qolsuz bərabərə qalan "Qalatasarayın məşqçisi Hasan Şaş matçın son dəqiqələrində, komandası qol fürsətini qaçırdıqdan sonra əsəbini yerə yıxılaraq büruzə vermişdi.
Unikal.org xəbər verir ki, Fatih Terimin köməkçisinin bu hərəkəti "Fənər azarkeşləri tərəfindən sosial şəbəkələrdə geniş müzakirə edilmişdi. Keçmiş yarımmüdafiəçi Türkiyə mətbuatına açıqlamasında oyun zamanı hisslərini idarə edə bilmədiyini deyib. O, bunda qeyri-adi heç nəyin olmadığını, bir çox məşhur məşqçinin, Joze Mourinyonun da təəssüf hissini belə göstərdiyini bildirib:
"Qol fürsəti qaçırdıq, buna reaksiya verdim. Dünyada da buna nümunələr var. Mourinyo da belə etmişdi. Oyunu fərqli hisslərlə yaşayırıq. Bu cür hərəkəti ancaq, matçı hiss edən biri edə bilər. Qol fürsəti qaçırdıq və buna belə reaksiya verdim. Bunu böyütmənin nə mənası var ki? Biz "Qalatasaray üçün hər şeyi yaşamışıq.