UEFA-nın İntizam Komitəsi Avropa Liqasının 1/8 final mərhələsində baş tutan "Zenit" - "Leypzig" matçı ilə bağlı iş açıb.
Unikal.org xəbər verir ki, "Zenit" meydana yad əşyaların atılması, sektorlararası pilləkənlərin tutulması və rusiyalı azarkeşlərin irqçi şüarların səsləndirməsina görə cəzalandırıla bilər. Bu intizam işinə mayın 31-də baxılacaq. "Zenit" və "Leypzig" arasında oyun 1:1 hesablı bərabərliklə nəticələnmişdi. İki oyunun nəticəsinə görə Bundesliqa təmsilçisi 1/4 finala vəsiqə qazanmışdı.