İngiltərə Futbol Federasiyası "Mançester Yunaytedin hücumçusu Zlatan İbrahimoviçi cəzalandıra bilər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna isveçli hücumçunun bukmeker kontoru ilə əməkdaşlıq etməsi səbəb göstərilir. 36 yaşlı futbolçu Avropanın nəhəng bukmeker kontorlarından birinin reklam çarxına çəkilməyə arazılıq verib. Bu isə İngiltərə Futbol Federasiyasının qaydalarına ziddi.
Federasiya məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada İbrahimoviçin bukmeker kontoru ilə əməkdaşlığa son qoyması tələb olunub. Əks halda futbolçuya qarşı ciddi sanksiyalar tətbiq olunacağı qeyd edilib.