Bu gün dünyanın müxtəlif ölkələrində milli komandalar arasında yoldaşlıq oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən Malta və Farer adaları da sınaq matçında qüvvələrini sınayacaqlar.

Malta millisi Lüksemburqla, Farer adaları yığması isə Latviya ilə qarşılaşacaq.

DÇ-2018-in iştirakçıları - Danimarka və Panama milliləri isə Brondbüdə münasibətlərinə aydınlıq gətirəcəklər.


Yoldaşlıq oyunları

22 mart

13:30 Slovakiya - BƏƏ
15:30 Filippin - Fici
15:35 Çin - Uels
15:59 Bəhreyn - Fələstin
16:30 Tailand - Qabon
16:45 Malayziya - Monqolustan
17:00 CAR - Anqola
21:00 Malta - Lüksemburq
23:00 Danimarka - Panama
23:00 Farer adaları - Latviya