AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Şüvəlan komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.

Unikal.org xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda "Turan Tovuzla səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.

Futbolçuya verilən cəza ilə yanaşı, "Şüvəlan 320 manat cərimələnib.

Qeyd edək ki, oyun "Turan Tovuzun 1:0 hesablı qələbəsi ilə başa çatıb.