"Milan baş məşqçisi Cennaro Qattuzo ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı İtaliyanın "Gazetta dello Sport nəşri yayıb. Xəbərdə "rossonyerlərin 40 yaşlı mütəxəssislə mövsümün sonunda bitəcək müqavilə müddətini 2020-ci ilə kimi artırmağı planlaşdırdığı qeyd edilib. "Milan yeni müqavilədə Qattuzoya indikindən 10 dəfə artıq maaş təklif edəcək.
Gənc çalışdırıcı hazırda "Milanda illik 120 min avro qazanır. Yeni anlaşmaya əsasən isə Qattuzonun illik qazancı 1,2 milyon avro olacaq.
"Milanın baş məşqçi ilə bağlı qərarını martın 31-də baş tutacaq "Yuventusla matçdan öncə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, Qattuzo "Milanın baş məşqçi postuna cari mövsümün gedişində, Vinçentso Montellanın yerinə təyin olunub. Komanda onun gəlişindən sonra ardıcıl uğurlu nəticələr qazanıb.