Karate Do üzrə dünya və avropa çempionu, Avropa Oyunlarının bürünc, İslamiadanın qızıl medalçısı Niyazi Əliyev (67 kq) əməliyyat olunub.
Unikal.orgxəbər verir ki, idmançının əməliyyatı Hollandiyanın Rotterdam şəhərindəki xəstəxanaların birində gerçəkləşib. Elə o həmin şəhərdə qatıldığı yarışda zədələnib.
Aldığımız məlumata görə, o ayağından əməliyyat olunub.
İdmançı zədələnməsi ilə bağlı və fotosunu "İnstagram" səhifəsində paylaşıb:
"Mən Hollandiyanın Roterdam şəhərində keçirilən yarışda ağır zədə almışam. Hələ də burada xəstəxanaların birində müalicə alıram. Allahıma min şükürlər olsun ki, həyata tutunuram. Sadəcə dua edin".