21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan matçına təyinatlar açıqlanıb. 

  Unikal.org bildirir ki, martın 27-də baş tutacaq görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmada baş hakim funksiyasını Filip Qlova yerinə yetirəcək. Ona Peter Kovaç və Yan Pozor kömək edəcəklər. Matçda dördüncü referi isə Paxol Çmura olacaq.

 

Qeyd edək ki, qarşılaşma Dublində Talla stadionunda keçiriləcək.