Şahmat üzrə İddiaçılar Turnirində 12-ci turun görüşləri keçirilir.
Unikal.org xəbər verir ki, Şəhriyar Məmmədyarov çinli Din Lijenlə qarşılaşıb. O, 43-cü gedişdə rəqibinə təslim olub. Bununla da 33 yaşlı qrossmeyster ilk məğlubiyyətini alaraq, turnirin qalibi olma şanslarını xeyli çətinləşdirib.
Şəhriyar Məmmədyarov 12 oyunundan 2 qələbə, 9 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb.
Hazırda turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov və Lijen hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür.