Məşhur ingilis yazıçı Duqi Brimson İngiltərənin Rusiyada keçiriləcək dünya çempionatını boykot etməsi ilə bağlı səslənən çağırışlara münasibət bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Brimson DÇ-ni boykot eməyin İngiltərə yığması üçün faciə olacağını bildirib. O, hazırkı situasiyada hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmağın da çətin olduğunu deyib:
"Siz bu sualı mənə iki həftə əvvəl versəydiz, onda əminliklə deyərdim ki, yığma DÇ-yə gedəcək. Ancaq hazırda baş verənləri nəzərə alsaq, hər şey mümkündü.
Hesab edirəm ki, dünya çempionatını boykot etmək faciə olacaq. Siyasəti futbola qarışdırmaq olmaz. Axı biz o agentin məhz Rusiya tərəfindən zəhərləndiyi barədə heç bir fakta sahib deyilik. Bunu rusların etdiyi sübut olunmayıb.