Bu gündən Avropa İttifaqında saatların əqrəbləri 1 saat irəli çəkilərək, yay vaxtına keçilib.
Unikal.org-un xəbərinə görə, hazırda Azərbaycanla bir çox Avropa ölkəsi arasında saat fərqi 3-dən 2-ə enib. Bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında dəyişilik olacaq.
Məsələn, UEFA Çempionlar Liqasının bundan sonrakı oyunları Bakı vaxtı ilə saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının oyunları 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq. Bu proses Avropanın qış vaxtına keçəcəyi bu il oktyabrın son bazar gününə qədər davam edəcək.