Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə daha iki hakim təyinat alıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, martın 27-də baş tutacaq qarşılaşmada videotəkrara (VAR) baxacaq referilər müəyyənləşib.
Belə ki, "Mərdan" stadionunda oynanılacaq görüşdə video köməkçi hakim funksiyasını dünyanın sayılıb-seçilən referilərindən olan Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetirəcəklər.
Qeyd edək ki, martın 27-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək Azərbaycan - Makedoniya oyununu türkiyəli Halis Özkahya idarə edəcək.