"Mançester Yunaytedin futbolçusu Aleksis Sançesin adı seks qalmaqalına qarışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, çilili futbolçunun 20 yaşlı tələbəyə pul ödəyərək onunla cinsi əlaqədə olduğu ortaya çıxıb. Xanım tələbə aldığı pulun məbləğinə qədər hər şeyi İngiltərə mətbuatına açıqlayıb.
Paulina Sobyerayska adlı tələbə yerli mətbuata açıqlamasında Sançesin ona cinsi əlaqədə olmaq üçün 1000 funt-sterlinq təklif etdiyini, dörd dəfə birlikdə olduqlarını bildirib. O, Aleksislə barda tanış olduqlarnı deyib. Paulina Aleksisin ona elə həmin yerdə cinsi əlaqə üçün pul təklif etdiyini, onun isə bunu zarafat olaraq qəbul etdiyini bildirib. Futbolçuya nömrəsini verən tələbə, daha sonra onunla 4 dəfə birlikdə olub.
Paulina futbolçunun sevgilisi olduğunu bilmədiyini, öyrəndikdən dərhal sonra onunla əlaqəni kəsdiyini də deyib.