Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində keçirilmiş "Borussiya (Münhenqladbax) - "Herta oyunu zamanı xoşagəlməz hal yaşanıb.

Unikal.org xəbər verir ki, matçn qadın baş hakimi Bibiana Ştaynhaus yerli azarkeşlərin təhqirinə məruz qalıb. Belə ki, meydan sahiblərinin qolunu videotəkrara baxdıqdan sonra hesaba almayan Ştaynhaus münhenqladbaxlı fanatlar tərəfindən təhqir olunub. Onların qadın hakimin ünvanına yönləndirdiyi "fahişə qışqırıqları hətta televiziyadan belə, açıq-aydın eşidilib. Maraqlıdı ki, Ştaynhaus oyunun sonrakı dəqiqələrində videotəkrara baxdıqdan sonra "Borussiyanın lehinə penalti təyin edib. Lakin bu da yerli azarkeşlərin qəzəbini soyutmayıb və onlar xoşagəlməz şüarları davam etdiriblər.

Görüş "Borussiyanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Münhenqladbax təmsilçisi matçdan sonra azarkeşlərinin ədəbsiz şüarlarına görə üzrxahlıq mesajı yaymalı olub.

Xatırladaq ki, bir müddət öncə ingilis keçmiş hakim Hovard Uebblə eşq macərası yaşadığı deyilən Ştaynhaus polisdi. O, Almaniyada yeganə peşəkar qadın hakimdi.