FİFA futbolçuların icarəyə verilməsinə qadağa tətbiq etməyi planlaşdırır. Ali futbol qurumu transfer sistemində islahatlar aparmaq niyyətindədir.

Unikal.org xəbər verir ki, bunun üçün xüsusi komissiya yaradılıb.

Komissiyaya Futbolçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyasının nümayəndələri və Kafu, Zvonimir Boban, Edvin van der Sar, Marko van Basten daxildir. Klublar əsasən heyətə düşməyə çətinlik çəkən gənc futbolçuları icarəyə verirlər. Bu addım onların başqa klubda mütəmadi oynamasına və inkişafına şərait yaradır.

Ancaq FİFA-da hesab edirlər ki, klublar son vaxtlar icarə sistemindən şəxsi maraqlar naminə yararlanırlar.