Karate üzrə beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev də səs verib. Unikal.org xəbər verir ki, o 41 saylı Sumqayıt I seçki dairəsinin 8 saylı seçki məntəqəsinə gələrək öz səsvermə hüququndan istifadə edib. O məntəqəyə qardaşı ilə birlikdə gəlib.
Bildirək ki, Azərbaycan Milli Karate Federasiyasının rəhbər heyəti və milli komandanın üzvləri səsvermədə iştirak ediblər.