Bu gün Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. 

Unikal.org  Apasport.az saytına istinadən bildirir ki, 4 matçın hamısı eyni vaxtda start götürəcək.

 
Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam etmək üçün möcüzə gerçəkləşdirməlidi. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan "Arsenalın bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

 AL-in sürpriz komandası "Zalsburq İtaliya təmsilçisi "Latsionu doğma azarkeşləri önündə qəbul edəcək. Avstriyalılar 2 cavabsız qol vuracaqları təqdirdə, yeni tarix yazacaqlar. Bu mənada turnirin qalibi olmağı hədəfləyən romalıların işi asan olmayacaq.

 Avropa Liqasının bir nömrəli favoriti hesab edilən "Atletiko Portuqaliyada "Sportinqlə üz-üzə gələcək. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdurmaq əzmindədi.

 Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutacaq. Belə ki, "Marsel "Leyptsiqi sınağa çəkəcək. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük verir.

 
Avropa Liqası

1/4 final (cavab oyunları)

12 aprel

 

23:05. MOİK (Rusiya) - "Arsenal (İngiltərə)

Baş hakim: Feliks Zvayer (Almaniya)

Moskva. "MOİK Arena

İlk oyun - 1:4

 

23:05. "Zalsburq (Avstriya) - "Latsio (İtaliya)

Baş hakim: Damir Skomina (Sloveniya)

Zalsburq. Şəhər stadionu

İlk oyun - 2:4

 

23:05. "Sportinq (Portuqaliya) - "Atletiko (İspaniya)

Baş hakim: Milorad Maziç (Serbiya)

Lissabon. "Joze Alvalade stadionu

İlk oyun - 0:2

 

23:05. "Marsel (Fransa) - "Leyptsiq (Almaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Marsel. "Velodrom stadionu

İlk oyun - 0:1