16 yaşadək futbolçular arasında Azərbaycan çempionatının "Tovuz Turan" - "Zirə" matçında dava düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə oyundan sonra baş verib. "Zirə" klubunun futbolçusu Samir Qasımov "Turan Tovuz" rəsmisinə qarşı aqressiv davranış edib.
"Turan Tovuz"un məşqçisi Elxan Abdıyev isə rəqib futbolçuya əli ilə zərbə endirib. Bu səbəbdən, hər iki şəxs İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.