Somalinin liman şəhəri Baravidə keçirilən futbol qarşılaşması zamanı partlayış baş verib.

Unikal.org xəbər verir ki, stadionun VİP-lojasının partladılması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Partlayışın məsuliyyətini "Əl-Qaidə terror təşkilatına bağlı olan "Əl-Şabab öz üzərinə götürüb.

Məlumata görə, ölənlərin sayı arta bilər. Çünki yaralılardan bir neçəsinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Partlayış zamanı futbolçulardan xəsarət alan olmayıb.

"Əl-Şabab qruplaşması Somalidə mərkəzi hakimiyyətə qarşı mübarizə aparır. Baravi şəhəri uzun müddət terrorçu qruplaşmanın nəzarəti altında olsa da, hökumət qoşunları tərəfindən azad edilib.