Bu gün Topaz Premyer Liqasında XXIII turun daha 3 görüşü keçiriləcək.
Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, oyunlardan biri paytaxtda, ikisi isə Bakıdan kənarda keçiriləcək.
Mərkəzi qarşılaşma Zirədə baş tutacaq. Avrokuboklar üçün "döyüşən "Neftçi və "Zirə sonuncuların meydanında üz-üz gələcək. "Ağ-qaralar tarixi ərzində heç bir çempionat görüşündə məğlub etmədiyi "kabusu keçməyə cəhd edəcək. 6 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri rəqibin enişdə olmasından yararlanmalıdı. Ayxan Abbasovun komandası isə 2018-ci ilin 8 matçında qələbə nə olduğunu bilmir.
"Sumqayıtla "Keşlə arasındakı matç da az önəm kəsb etmir. Azərbaycan kubokunun yarımfinalında da rəqib olan komandalar 7 günə sığan "üç pərdəlik mübarizənin ikincisinə çıxacaq. Kubokun ilk görüşündə uduzan Samir Abasovun baş məşqçisi olduğu komanda çempionatdakı mövqeyini qorumaq üçün 3 xal qazanmalıdı. Yuri Maksimovun komandası isə 7-ci sıranı tərk etmək üçün xal hesabını zənginləşdirməlidi.
"Keşlənin irəliləməsi "Səbailin "Qəbələylə səfər matçından da asılıdı. 5 matçdı qalib gələ bilməyən debütant son qələbəsini məhz Roman Qriqorçukun yetirmələri ilə matçda əldə edib. "Qırmızı-qaralar isə 3 turluq heç-heçə seriyasını Samir Əliyevin komandası ilə matçda son qoymaq əzmindədi. Rəqiblərin cari mövsümdəki görüşləri məhsuldarlığı ilə diqqət çəkdiyindən Qəbələdə də qollu oyun olması istisna deyil.
Topaz Premyer Liqası
XXIII tur
15 aprel (bazar)
17:00. "Qəbələ - "Səbail
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt - "Keşlə
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu
19:00. "Zirə - "Neftçi
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu